Messi ilk dəfə... Karyerasının ən pis dönəmini yaşayır

25 Dekabr 2021 12:00 Fransa 475
Messi ilk dəfə... Karyerasının ən pis dönəmini yaşayır

PSJ-nin ulduzu Lionel Messi bu mövsüm karyerasının ən pis nəticəsini göstərib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu Paris təmsilçisi ilə Liqa 1-in ilk dövrəsini cəmi 1 qolla bitirib.

Messi ölkə çempionatında çıxdığı 11 oyunda cəmi 1 qol vurub və 4 məhsuldar ötürmə edib. O, bununla da, karyerasının ən faydasız ilk dövrəsini keçirib.

Messi ötən mövsüm çıxış etdiyi “Barselona” ilə 47 oyunda 38 qol vurub, 11 məhsuldar ötürmə edib. Argentinalı oyunçu bu performansına görə 7-ci dəfə “qızıl top” mükafatını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı