”O, meydanda qatilə çevrilir” – Şans vermədiyi hücumçunu təriflədi

24 Dekabr 2021 12:20 Fransa 582
”O, meydanda qatilə çevrilir” – Şans vermədiyi hücumçunu təriflədi

PSJ-nin baş məşqçisi Maurisio Poçettino futbolçusu Mauro İkardi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis İkardinin az şans qazanması haqda bunları deyib:

“İkardi daha çox şans qazanmaq istəyir. Onu başa düşürəm, amma hər futbolçu bizim üçün önəmlidir.

İkardi bacarıqları olan bir futbolçudur. O, meydanda qatilə çevrilir. İkardi hər bir komandanın ehtiyacı olan futbolçulardandır”.

İkardi bu mövsüm PSJ ilə 19 oyunda 4 qol vurub. Argentinalı hücumçu komandasının Liqa 1-in 19-cu turunda “Loryan”a qarşı heç-heçə etdiyi oyunda (1:1) bərabərlik qolunu vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!