Hamıdan çox qazanacaqsan - Mbappeyə ən yüksək məvacibi təklif etdilər

15 Dekabr 2021 21:40 Fransa 549
Hamıdan çox qazanacaqsan - Mbappeyə ən yüksək məvacibi təklif etdilər

PSJ rəhbərliyi Kilian Mbappeni komandada saxlamağa cəhd göstərir.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi hücumçuya daha bir təklif göndərib.

Məlumata görə, Mbappeyə klubda ən yüksək məvacib vəd olunub.

Kilianın hələ ki, bu təklifə münasibət bildirmədiyi deyilir. Amma bir neçə dəfə deyib ki, pul onun üçün önəmli deyil.

Mbappe ilə “Real” maraqlanır. Gənc ulduzun da “kral klubu”nda oynamaq istədiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti