"Qarabağ"ın tanışı həftənin ən yaxşısı elan edildi - Avroliqada

15 Noyabr 2021 01:30 Dünya futbolu 741
"Qarabağ"ın tanışı həftənin ən yaxşısı elan edildi - Avroliqada

Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu ada “Gent”in (Belçika) hücumçusu Gift Emmanuel Orban layiq görülüb.

Nigeriyadan olan 23 yaşlı forvard “Başakşəhər”ə (Türkiyə) 4:1 hesabıyla qalib gəldikləri səfər matçında het-trikə imza atıb.

Konfrans Liqasında həftənin ən yaxşısı adına Yesper Karlsson (“Alkmaar”, Niderland), Bart Verbruggen (“Anderlext”, Belçika) və Carrod Bouen (“Vest Hem”, İngiltərə) də namizəd idi.

Digər Xəbərlər
Xəbər Lenti