PSJ Zinəddin Zidanı sükan arxasıına gətirməyə hazırlaşır

31 Oktyabr 2021 10:20 Fransa 536
PSJ Zinəddin Zidanı sükan arxasıına gətirməyə hazırlaşır

PSJ-də baş məşqçi dəyişikliyi gerçəkləşə bilər.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi komandanın çalışdırıcısı Maurisio Poçettinonun işindən tam məmnun deyil.

Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.

PSJ-də Poçettinonun əvəzinə Zinəddin Zidanın komandaya gətirilməsi planlaşdırılır. Fransalı mütəxəssis də Paris təmsilçisini çalışdırmağa müsbət yanaşır.

Zidan, Poçettinonun vəzifəsindən ayrılacağı halda, PSJ rəhbərliyi ilə müqavilə şərtlərini danışmağa hazırdır.

Son olaraq “Real”ı çalışdıran və bir müddətdir işsiz olan Zidanın adı “Mançester Yunayted”lə də hallanır.

Digər Xəbərlər
Xəbər Lenti