Şeyxin qardaşından ironiyalı paylaşım - "Siz bunu bilirsiz"

21 Sentyabr 2021 10:00 Fransa 688
Şeyxin qardaşından ironiyalı paylaşım -

PSJ-nin baş məşqçisi Mourisio Poçettinonun “Lion”la qarşılaşmada Lionel Messini əvəzləməsi geniş müzakirə olunur.

Qarşılaşmanın 76-cı dəqiqəsində əvəzlənən Messi baş məşqçinin əlini sıxmamışdı.

Sportinfo.az xəbər verir ki, PSJ-nin sahibi Tamim bin Hamad Al-Taninin qardaşı Hamad bin Xəlifə Al-Tani də məsələyə münasibət bildirib.

O, “tvitter”də Mourisio Poçettinonun şəklini paylaşaraq belə yazıb: “London gözəl şəhərdir. Siz bunu bilirsiz”.

PSJ “Liona qalib gəlib – 2:1.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”