"Messinin 110 milyon avro maaş alacağı barədə yazılanlar həqiqət deyil"

21 Sentyabr 2021 00:00 Fransa 393
"Messinin 110 milyon avro maaş alacağı barədə yazılanlar həqiqət deyil"

PSJ-nin idman direktoru Leonardo Lionel Messinin illik maaşı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, braziliyalı funksioner rəqəmlərin yanlış yazıldığını deyib:

"Yazılan rəqəmlər həqiqətdən çox uzaqdır. Müqavilə şərtlərində gizlilik var. Amma Messinin 3 il ərzində 110 milyon avro maaş alacağı barədə yazılanlar həqiqət deyil".

34 yaşlı argentinalı ulduz Paris klubu ilə 2+1 illik müqavilə imzalayıb. Onun bu müddət ərzində 110 milyon avro qazanacağı iddia edilir.

Digər Xəbərlər
Xəbər Lenti