Pullu şahzadə məşhur klubu satın almaq istəyir

19 Sentyabr 2021 18:40 Fransa 614
Pullu şahzadə məşhur klubu satın almaq istəyir

Kambocalı şahzadə Narodom Raviçok “Sent-Etyen”i almaq istəyir.

Sportinfo.az xəbər verir ki, o, Fransa klubunun səhmlərini almaq üçün 100 milyon avro təklif edib.

Amma hələ ki, Fransa klubunun rəsmiləri kambocalı şahzadənin təklifinə cavab verməyib. ​Fransada klub üçün investor axtaran “Sent-Etyen” rəhbərliyinin kambocalı şahzadənin təklifi geri çevirməyəcəyi ehtimal edilir.

Yaxın günlərdə danışıqlar baş tutacaq. Şahzadə Norodomun babası Fransanın keçmiş prezidenti Şarl de Qollun dostu hesab edilir.

Şahzadə futbol fanatı hesab edilir və o, Fransa klubunun səhmlərini almaqla Kamboca ilə bu bu ölkə arasındakı münasibətləri daha da inkişaf etdirmək niyyətindədi.

Digər Xəbərlər
Xəbər Lenti