Neymardan Messinin PSJ-yə keçidi ilə bağlı paylaşım - FOTO

10 Avqust 2021 18:20 Fransa 621
Neymardan Messinin PSJ-yə keçidi ilə bağlı paylaşım - FOTO

PSJ-nin ulduzu Neymar Lionel Messinin Paris təmsilçisinə keçidi barədə paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu instaqramda Messi ilə birlikdə videosunu yayımlayıb.

Braziliyalı forvard videoda "Back together" (Yenidən birlikdə) yazıb.

Messi PSJ ilə müqavilə imzalamaq üçün Parisə yola düşüb. "Barselona" avqustun 5-də onunla yollarını ayırıb.

Neymar PSJ-yə 2017-ci ildə 222 milyon avro qarşılığında Kataloniya təmsilçisindən keçib.

Digər Xəbərlər
Xəbər Lenti