Messidən PSJ ilə bağlı AÇIQLAMA: "Hələ heç nə imzalanmayıb"

8 Avqust 2021 18:40 Fransa 518
Messidən PSJ ilə bağlı AÇIQLAMA:

Sportinfo.az xəbər verir ki, Lionel Messi “Barselona” ilə vidalaşmaq üçün təşkil etdiyi mətbuat konfransında gələcək karyerasından danışıb.

“PSJ-yə keçidiim mümkün variantlardan biridir. Amma bu an üçün hələ heç nə rəsmən təsdiq olunmayıb.

“Barselona”nın bəyanatından sonra mənə digər klublardan da çoxlu zənglər olub. Hələ ki, heç nə imzalanmayıb. Biz danışıqlar aparırıq”, - deyə futbolçu bidirib.

O, nə vaxtsa yenidən komandaya qayıda biləcəyinə ümid etdiyini deyib. “Ümid edirəm ki, nə vaxtsa bu klubun bir hissəsi olmaq üçün qayıda biləcəyəm.

Bu klubda hər hansı bir rolda çıxış etmək və “Barsa”nın dünyanın ən yaxşı klubu olaraq qalması üçün nə isə etmək istərdim”, - Messi bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!