70 milyon avroya transfer olunmuş Əşrəf koronavirusa yoluxdu

18 İyul 2021 18:40 Fransa 444
70 milyon avroya transfer olunmuş Əşrəf koronavirusa yoluxdu

PSJ-nin yeni transferi Əşrəf Hakimi koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

22 yaşlı futbolçu COVİD-19 testinin pozitiv çıxması səbəbindən komanda ilə məşqlərdə iştirak edə bilmir. Mərakeşli oyunçunun nə vaxta kimi karantində qalacağı bilinmir.

Hakimi iyulun 7-də İtaliya “İnter”indən 70 milyon avro qarşılığında PSJ-yə transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti