Daha bir türkiyəli futbolçu Fransa klubuna keçir

2 İyul 2021 21:40 Fransa 1 039
Daha bir türkiyəli futbolçu Fransa klubuna keçir

“Roma”nın və Türkiyə millisinin futbolçusu Cengiz Ündər karyerasını Fransada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, “Marsel” 23 yaşlı yarımmüdafiəçinin keçidini artıq tamamlamaq üzrədir.

Fransa klubu Cengiz üçün “Roma”ya 12 milyon avro ödəyəcək və futbolçu ilə 4 illik müqavilə imzalayacaq. “Marsel” türk yarımmüdafiəçinin növbəti satışından “Roma”ya pay verəcək.

Cengiz ötən mövsümü icarə əsasında “Lester”də keçirib.

Fransada – “Lill” klubunda Burak Yılmaz, Zeki Çelik, Yusuf Yazıcı kimi türk futbolçular çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti