Zidanın oğlu ikinci divizion klubuna keçdi

12 İyun 2021 22:00 Fransa 604
Zidanın oğlu ikinci divizion klubuna keçdi

“Real”ın sabiq futbolçusu Enzo Zidanın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Fransa ikinci divizion təmsilçisi “Rodez”ə transfer olunub.

Bu barədə klubun saytı məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb. Futbolçu yeni klubunda 5 nömrəli forma ilə çıxış edəcək.

Enzo “Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidanın oğludur. Fransalı mütəxəssis 10 il əvvəl “Rodez”in səhmdarı olub.

Enzo Zidanın son olaraq Mərakeş “Vidad”ında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!