Premyer Liqa klubunun ən çox kimə pul verdiyi bilindi

8 Sentyabr 2023 15:00 Kəpəz 4 346
Premyer Liqa klubunun ən çox kimə pul verdiyi bilindi

“Kəpəz”in bu mövsüm ən çox ödəmə etdiyi futbolçunun kimliyi məlum olub.

Həmin oyunçu komandaya yeni qoşulan Georgi Papunaşvilidir.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Gəncə klubu gürcüstanlı yarımmüdafiəçiyə hər ay 8000 dollar ödəməyə razılaşıb.

Gürcüstan yığmasının üzvü minimum gələn ilin yayınadək karyerasını Azərbaycanda davam etdirəcək.

27 yaşlı orta sahə oyunçusu Tbilisi «Dinamo»sunun yetirməsidir. 2015-ci ildə «Verder»ə transfer olunub.

1 il Almaniyada çıxış etdikdən sonra «Real Saraqosa» onu İspaniyaya aparıb.

Üç mövsüm burada forma geyinib, ardınca «Betis»in yolunu tutub. 2021-2022-ci illəri «Apollon»da (Limassol) keçirib.

Həmin ilin əvvəlində vətənə dönən Papunaşvili Kutaisi «Torpedo»sunun uğurları üçün çalışıb. Ötən ilin yayında Serbiyadan təklif alıb və «Radniçki» üçün yenidən ölkə xaricinə yollanıb.

Gürcüstanın U-17, U-19 və U-21 yığmalarına dəvət almış yarımmüdafiəçi ilk dəfə 2014-cü ildə ölkənin əsas millisinə çağırılıb, 12 oyuna 2 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti