UEFA-nın sabiq prezidenti AÇ-2020-nin favoritini açıqladı

8 İyun 2021 10:20 Fransa 946
UEFA-nın sabiq prezidenti AÇ-2020-nin favoritini açıqladı

UEFA-nın sabiq prezidenti Mişel Platini AÇ-2020-nin favoritini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Platini, Fransa millisinin AÇ-2020-nin favoriti olduğunu deyib:

“Fransa AÇ-2020-nin favoritidir. Hazırda futbol baxımından bütün komandaları üstələyirlər.

Hazırkı vəziyyətdə tam hazır olan onlardır. Fransadan sonra Belçika yığmasını fərqləndirərdim. Almaniya haqda çox bilmirəm. Gənc heyətləri var, lakin çox şey edə bilərlər”.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Fransa yığması turnirin qrup mərhələsində Almaniya, Macarıstan və Portuqaliya ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!