PSJ Neymardan sonra onunla da müqaviləni yeniləyir

11 May 2021 01:24 Fransa 483
PSJ Neymardan sonra onunla da müqaviləni yeniləyir

PSJ Yulian Drakslerin müqaviləsinin müddətini artıracaq.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə imzalanacaq yeni sözləşmənin müddəti 2024-cü ilin yayına qədər olacaq.

Tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama veriləcək.

Draksler 2017-ci ildən PSJ-də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Liqa 1-də 23 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya yığmasının da üzvü olan Drakslerin PSJ ilə indiki müqaviləsi yaya qədərdir.

PSJ bir neçə gün əvvəl Neymarla müqaviləni yeniləyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!