Çempionatda mübarizə aparan komandaların sayı azaldılır

28 Aprel 2021 15:20 Fransa 631
Çempionatda mübarizə aparan komandaların sayı azaldılır

Fransa I Liqasında mübarizə aparan komandaların sayı azaldıla bilər.

Sportinfo.az əbər verir ki, Fransa Peşəkar Futbol Liqası çempionatda 18 komandanın mübarizə aparmasının tərəfdarıdır.

Bununla bağlı Klublar Komitəsinin iclası keçirilib. İclasda hətta bəzi klublar 16 komandalı çempionatın keçirilməsini istəyiblər.

Klublar sıx qrafik səbəbindən komanda sayının azaldılmasını istəyirlər. Əgər qərar qəbul edilsə, 2023/24 mövsümündən I Liqada 18 komanda yarışacaq.

Hazırda Liqa 1-də 20 klub mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti