PSJ Varan üçün "Real"a rəsmi təklif irəli sürdü

24 Aprel 2021 10:20 Fransa 646
PSJ Varan üçün "Real"a rəsmi təklif irəli sürdü

"Real"ın müdafiəçisi Rafael Varan yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, "Mançester Yunayted" və PSJ fransalı müdafiəçi ilə maraqlanır.

Paris təmsilçisinin artıq 27 yaşlı oyunçu üçün rəsmi təklif göndərdiyi bildirilib.

Rafaelin "Real"la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədər davam edir və onun "Kral klubu" ilə yeni sözləşmə ilə bağlı danışıqları o qədər də uğurlu getmir.

Varan 2011-ci ilin yayından "Real"da oynayır.

Digər Xəbərlər
Xəbər Lenti