Tanınmış məşqçi cəmisi ayyarım işlədi, istefa verdi

11 Fevral 2021 15:20 Fransa 509
Tanınmış məşqçi cəmisi ayyarım işlədi, istefa verdi

“Nant”ın baş məşqçisi Raymon Domenek istefa verib.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb.

Domenek cəmisi ay yarım idi ki, “Nant”da çalışırdı. Onu Antuan Kombuare əvəz edəcək.

“Nant” Fransa çempionatında sonuncu pillədə qərarlaşıb. Komanda kubokda da mübarizəni dayandırıb. “Nant” dekabrın 26-dan baş məşqçi postunu tutan Domenekin rəhbərliyi altında qələbə qazana bilməyib.

Raymon 2004-2010-cu illərdə Fransa yığmasını çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti