Azərbaycanlı forvard dubl etdi, qalib gəldilər – Almaniyanın regionunda

21 Avqust 2023 02:50 Hadisə 952
Azərbaycanlı forvard dubl etdi, qalib gəldilər – Almaniyanın regionunda

Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Rüfətin komandası 4-cü turda "Eylenburq"un qonağı olub.Matç “Dinamo”nun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk dəqiqələrdən meydanda millimizin sabiq forvardı 45-ci və 74-cü dəqiqələrdə iki qol vurub.

O, bütün oyunu meydanda keçirib."Dinamo" 4 turdan sonra 7 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Azərbaycanlı hücumçu bu mövsüm artıq 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!