"Müqaviləni yeniləsəm, bu, uzun müddət burada qalacağım mənasını verəcək"

23 Yanvar 2021 21:40 Fransa 458
"Müqaviləni yeniləsəm, bu, uzun müddət burada qalacağım mənasını verəcək"

PSJ-nin hücumçusu Kilian Mbappe klubla yeni müqavilə imzalamaqla bağlı danışıqlardakı son durumdan danışıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu bunları deyib:

“İndi düşünürəm. PSJ ilə danışıqlar da davam edir. Müqaviləni yeniləsəm, bu, uzun müddət burada qalacağım mənasını verəcək. PSJ-də özümü yaxşı hiss edirəm. Tezliklə bir qərar verməli olacam".

Mbappe bu mövsüm Liqa 1-də 17 matça çıxaraq, 14 qol vurub və 6 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti