"Gəlin, nə olacağını gözləyək, mövsümün sonuna qədər qala bilərəm”

8 Yanvar 2021 18:20 Fransa 611
"Gəlin, nə olacağını gözləyək, mövsümün sonuna qədər qala bilərəm”

“Lion”un forvardı Memfis Depay açıqlama verib.

Sportinfo.az xəbər verir ki, adı “Barselona” ilə hallanan hücumçu Fransa klubunda xoşbəxt olduğunu deyib:

“Lion”da xoşbəxtəm. Möhtəşəm komandamız var və klub prezidenti ilə münasibətlərim də yaxşıdır. Gəlin, nə olacağını gözləyək. Mövsümün sonuna qədər komandada qala bilərəm”.

“Lion” Fransa Liqa 1-də liderdir. Memfis Depay bu mövsüm ölkə çempionatında 18 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə edib.

26 yaşlı hücumçunun klubla müqaviləsi mövsümün sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti