“Onun ölüm xəbəri mənim üçün şok oldu" - FOTO

15 Dekabr 2020 22:00 Fransa 1 623
“Onun ölüm xəbəri mənim üçün şok oldu" - FOTO

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson “Liverpul”un keçmiş çalışdırıcısı Jerar Ulyenin ölümünə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Ulye dekabrın 14-də 73 yaşında dünyasını dəyişib.

Ser Aleks fransız mütəxəssislə münasibətlərinin əla olmasını xatırlayıb: “Onun ölüm xəbəri mənim üçün şok oldu. O, “Liverpul”da işlədiyi müddətdə bizim həqiqətən də yaxşı münasibətlərimiz formalaşmışdı.

“Liverpul”dan gedəndən sonra da biz dost olaraq qaldıq. Onun fantastik futbol bilgiləri vardı. Karyerası da möhtəşəm alındı.

Müxtəlif tədbirlərdə rastlaşanda söhbətləşirdik. Söhbətlərindən zövq alırdım. O, əsl centlmen idi. Ulyenin ölümü futbol dünyasına kədərli bir gün yaşatdı”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"