Daha 3 azərbaycanlı futbolçu İtaliya klubunda

16 Sentyabr 2023 09:40 Azərbaycan Futbolu 3 947
Daha 3 azərbaycanlı futbolçu İtaliya klubunda

«Yaxın gələcəklə bağlı planlaımız ilk növbədə bu ay 4 futbolçumuzu İtaliyanın «Peruca» futbol akademiyasına göndərməkdir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «European Football Academy»nin (EFA) direktoru Vüsal Mustafayev deyib.

Son illər ölkəmizdə uşaq və yeniyetmə futbolunun inkişafı üçün böyük işlər görən EFA beynəlxalq əlaqələrini genişləndirməkdədir.

Avropa və Türkiyənin bir çox tanınmış akademiyaları ilə əməkdaşlıq edən Azərbaycan təmsilçisi öz yetirmələrini ölkə xaricinə çıxarmaq yönündə növbəti addımlar atmağa hazırlaşır:

«Bildiyiniz kimi, keçən mövsüm U-16 komandamızın kapitanı Məsud Əlişanlını (2007-ci il) İtaliyaya yola salmışdıq.

İndi isə «Peruca» futbol akademiyası ilə bağladığımız müqavilə əsasında əlavə olaraq İsmayıl Cəfərov (2007), Toğrul Haqverdiyev (2008) və Elcan Mustafayev (2008) Məsuda qoşulacaq.

Bu yaxınlarda EFA tərəfindən göndərilmiş futbolçuların cari mövsümdən etibarən İtaliya çempionatında oynayacağı barədə razılıq əldə etmişik.

Bu, möhtəşəm bir layihədir.

Daha güclü, daha rəqabətli və futbol dünyasının liderlərindən sayılan bir ölkənin çempionatında dünyanın hər yerindən gəlmiş gəncləri ilə yanaşı çıxış etmək, mütləq ki, yeniyetmə futbolçularımızın səviyyəsini qaldıracaq.

Bu da öz növbəsində Azərbaycan milli komandasının heyətinin güclənməsinə səbəb olacaq».

Digər Xəbərlər
Xəbər Lenti