“Qarabağ” II səbətdə - Avroliqanın püşk “torbalar”ı

1 Sentyabr 2023 09:20 Qarabağ 2 059
“Qarabağ” II səbətdə - Avroliqanın püşk “torbalar”ı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimində yer alacağı səbət müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu püşk zamanı II səbətdə qərarlaşacaq.

Ötən gün Zaqreb “Dinamo”sunun (Xorvatiya) büdrəməsi “Qarabağ”ın işinə yarayıb. Bu, Qurban Qurbanovun yetirmələrinin II səbətə düşmələrinə yol açıb.

Bu isə o deməkdir ki, Ağdam təmsilçisi “Sportinq” (Portuqaliya), “Slaviya” (Çexiya), “Renn”, “Marsel” (hər ikisi Fransa), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya) və LASK-a (Avstriya) rəqib olmayacaq.

Bu gün Fransanın Monako şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

I səbət
“Vest Hem” (İngiltərə)
“Liverpul” (İngiltərə)
“Roma” (İtaliya)
“Ayaks” (Niderland)
“Vilyarreal” (İspaniya)
“Bayer 04” (Almaniya)
“Atalanta” (İtaliya)
“Reyncers” (Şotlandiya)

II səbət
“Sportinq” (Portuqaliya)
“Slaviya” (Çexiya)
“Renn” (Fransa)
“Olimpiakos” (Yunanıstan)
“Betis” (İspaniya)
LASK (Avstriya)
“Marsel” (Fransa)
“Qarabağ” (Azərbaycan)

III səbət
“Molde” (Norveç)
“Brayton” (İngiltərə)
“Şerif” (Moldova)
“Union” (Belçika)
“Frayburq” (Almaniya)
“Sparta” (Çexiya)
“Makkabi” (Hayfa, İsrail)
“Şturm” (Avstriya)

IV səbət
“Tuluza” (Fransa)
AEK (Yunanıstan)
“Baçka Topola” (Serbiya)
“Servett” (İsveçrə)
“Panatinaikos” (Yunanıstan)
“Rakuv” (Polşa)
“Aris” (Kipr)
“Haken” (İsveç)

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular