Avro-2028-ə ev sahibliyi edə bilər - Böyük Britaniya və İrlandiya

23 Mart 2022 00:10 Avropa çempionatı 499
Avro-2028-ə ev sahibliyi edə bilər - Böyük Britaniya və İrlandiya

Böyük Britaniya və İrlandiya 2028-ci ildə keçiriləcək Avropa çempionatına birlikdə ev sahibliyi edə bilər.

Sportinfo.az xəbər verir ki, hələlik turniri qəbul etməyə yeganə namizəd yalnız bu iki ölkədir.

Başqa müraciət olmasa, UEFA aprelin 7-dəki iclasında qitə birinciliyinin sözügedən ölkələrdə təşkil olunacağını elan edəcək.

Daha əvvəl Türkiyə, Yunanıstan, Bolqarıstan, Serbiya və Rumıniya Avropa çempionatını keçirmək istədiklərini ifadə ediblər. UEFA-ya müraciət üçün son tarix 23 martdır.

Digər Xəbərlər
Xəbər Lenti