İki qonşu ölkə AVRO-2028-ə ortaq ev sahibliyi etmək istəyir

8 Fevral 2022 00:20 Avropa çempionatı 512
İki qonşu ölkə AVRO-2028-ə ortaq ev sahibliyi etmək istəyir

Böyük Britaniya və İrlandiya 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ortaq ev sahibliyi etmək istəyi ilə namizədliklərini irəli sürüb.

Sportinfo.az xəbər verir ki, onlar 2030-cu il dünya çempionatına təşkilatçılıq təklifini rədd ediblər.

Avropa çempionatı 2028-ci ildən 32 milli komandanın iştirakı ilə təşkil edilə bilər.

Daha əvvəl bildirilib ki, 8 qrupdan 4-nün matçları İngiltərədə, qalan qrupların qarşılaşmaları isə Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiyada oynanıla bilər.

Turniri keçirməyə namizəd ölkələr arasında Rusiya və Türkiyə də var.

Hazırda Avropa çempionatının final mərhələsində 24 yığma çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!