Ronaldo Avropa çempionatının bombardiri oldu

12 İyul 2021 12:00 Avropa çempionatı 1 936
Ronaldo Avropa çempionatının bombardiri oldu

Avropa çempionatının ən yaxşı bombardiri müəyyənləşib.

Sportinfo.az xbər verir ki, bu ada Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo 5 qolla layiq görülüb.

Çexiya yığmasından Patrik Şik də eyni sayda fərqlənməyə müvəffəq olub.

Lakin Ronaldo Şiki əlavə göstəricilər hesabına üstələyib. 36 yaşlı forvardın aktivində 1 məhsuldar ötürmə də olub.

Digər tərəfdən, o, meydanda 360 dəqiqə, Şik 404 dəqiqə keçirib.

Bu, Ronaldunun karyerasında 5-ci Avropa çempionatı olub. O, ümumilikdə 14 qol vuraraq, UEFA-nın fransalı sabiq prezidenti Mişel Platiniyə məxsus rekordu yeniləyib.

Avropa çempionu adını finalda İngiltərəni penaltilər seriyasında məğlub edən İtaliya qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti