Final mərhələsinin püşkü

3 Dekabr 2020 23:00 Dünya futbolu 479
Final mərhələsinin püşkü

Sportinfo.az xəbər verir ki, Millətlər Liqasının final mərhələsinin püşkü atılıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə 2020/21 mövsümündə A liqasında qrup qalibi olan 4 komanda yarımfinal cütləri təşkil edib.

2021-ci ilin oktyabrında İtaliyada baş tutacaq həlledici raundun ilk oyununda meydan sahibinin yer aldığı cüt qüvvəsini sınayacaq. Bu görüş ayın 6-da keçiriləcək.

Ertəsi gün digər yarımfinal oyunu təşkil olunacaq. Oktyabrın 10-da isə 3-cü yer uğrunda qarşılaşma və final oynanılacaq.

Millətlər Liqası, final mərhələsi

Yarımfinal

6 oktyabr
İtaliya - İspaniya

7 oktyabr
Belçika - Fransa

10 oktyabr
3-cü yer uğrunda oyun
Final

Digər Xəbərlər
Xəbər Lenti