Premyer Liqa matçı təxirə salındı – Kütləvi yoluxmaya görə

20 Noyabr 2020 10:20 Dünya futbolu 578
Premyer Liqa matçı təxirə salındı – Kütləvi yoluxmaya görə

Ukrayna Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilməsi planlaşdırılan “Olimpik” – “Zarya” matçı təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna Premyer Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə buna “Olimpik” klubunda koronavirusa kütləvi yoluxma halının aşkarlanması səbəb göstərilib. Hətta meydan sahiblərinin heyətində bu oyunda iştirak edə biləcək sağlam qapıçı qalmayıb.

Donetsk təmsilçisində U-19 və U-21 komandalarının görüşləri də gerçəkləşməyəcək.

"Olimpik” – “Zarya” matçı noyabrın 21-də keçirilməli idi. Qarşılaşmanın yeni tarixi ilə bağlı qərar daha sonra açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti