UEFA özbaşınalıq edən erməniləri cəzalandırdı

19 Noyabr 2020 15:40 Dünya futbolu 588
UEFA özbaşınalıq edən erməniləri cəzalandırdı

UEFA Ermənistan Futbol Federasiyasını 10 min avro məbləğində cərimələyib.

buna yığmanın Estoniyanın paytaxtı Tallində koronavirusla əlaqədar karantin qaydalarını pozması səbəb olub.

UEFA Millətlər Liqasında Estoniya ilə görüşdən əvvəl Ermənistan millisinin futbolçuları və məşqçi heyəti erməni kilsəsinə baş çəkib. Bundan bir gün əvvəl isə komandanın rəsmilərindən birinin COVID-19 testi müsbət çıxıb.

UEFA-nın "Return to Play Protocol" koronavirus qaydalarına əsasən, komanda üzvləri xüsusi hallar istisna olmaqla, oteli tərk edə bilməzlər. Cərimə 90 gün müddətində ödənilməlidir.

Estoniya - Ermənistan matçında qalib müəyyənləşməyib - 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!