Lliqanı kimlər tərk edə bilər? - Pley-offun cütləri müəyyənləşdi

19 Noyabr 2020 11:00 Dünya futbolu 475
Lliqanı kimlər tərk edə bilər? - Pley-offun cütləri müəyyənləşdi

Millətlər Liqasının pley-off matçlarında mübarizə aparacaq komandalar bəlli olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının da yer aldığı C liqasında keçirilən son görüşlərin ardından qrup sonuncuları müəyyənləşib.

Kipr və Estoniya bir gün öncədən bilinirdisə, dünənki oyunların ardından Qazaxıstanla Moldovanın da D liqasına düşməmək üçün yarışacağı dəqiqləşib.

C liqasında qalmaq uğrunda ən yaxşı qrup sonuncusu olan Qazaxıstan və bu liqanın ən zəifi Moldova ilə üz-üzə gələcək. Pley-offun digər cütlüyündə isə Kiprlə Estoniya münasibətlərinə aydınlıq gətirəcəklər.

İlk oyunlar gələn il martın 24-25-də Moldova və Estoniyanın meydanında keçiriləcək. Həmin ayın 28-29-da Qazaxıstan və Kiprdə baş tutacaq cavab qarşılaşmaları ilə D liqasına yuvarlanacaq iki komanda bilinəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı