Albaniya B Liqasına yüksəldi

19 Noyabr 2020 00:14 Dünya futbolu 372
Albaniya B Liqasına yüksəldi

UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda daha iki qarşılaşma baş tutub.

Sportinfo.az xəbər verir ki,C Liqasının 4-cü qrupunda Albaniya Belarusu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

4-cü qrupun digər matçında Qazaxıstan və Litva yığmaları üz-üzə gəlib. Qazaxıstan doğma meydanda 1:2 hesabı ilə uduzub.

Bu nəticələrdən sonra 11-ci xalını qazanan Albaniya qrup qalibi kimi B Liqasına yüksəlib. Belarus 10 xalla ikinci, Litva isə 8 xalla üçüncü olub. 6 oyuna 4 xal toplaya bilən Qazaxıstan seçməsi C Liqasında qalmaq üçün pley-off oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti