Türkiyənin qrupdan çıxması üçün…

18 Noyabr 2020 16:20 Dünya futbolu 812
Türkiyənin qrupdan çıxması üçün…

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, VI turun son oyun günündə A, B və C Liqalarında ümumilikdə 18 qarşılaşma baş tutacaq.

A Liqasının 1-ci qrupunda İtaliya millisi Bosniya və Herseqovinanın, Niderland yığması isə Polşanın qonağı olacaq. Bosniya və herseqovinalılardan başqa, digər 3 komandanın pley-off şansı davam edir.

2-ci qrupda Belçika və Danimarka lideri müəyyənləşdirmək üçün mübarizə aparacaq. Digər matçda İngiltərə millisi İslandiyanı sınağa çəkəcək.

B Liqasında 1-ci qrupunda lider Avstriya ikinci pillədə qərarlaşan Norveç seçməsini qəbul edəcək. Bu qarşılaşma qrupun qalibini müəyyənləşdirəcək.

2-ci qrupda pley-offa çıxmağa iddialılardan Şotlandiya səfərdə İsrail, Çexiya isə evdə Slovakiya ilə üz-üzə gələcək.

3-cü qrupda da bütün suallara son turda aydınlıq gələcək. 6 xalla 3-cü pillədə qərarlaşan Türkiyə millisi qrupdan çıxmaq üçün səfərdə Macarıstanı udmalı və Rusiyanın Serbiya ilə matçda xal itirməsini gözləməlidir.

B Liqasının 4-cü qrupunda əsas diqqətlər Uels - Finlandiya görüşünə yönələcək. 13 xalla zirvədə yer alan britaniyalılar özlərindən 1 xal az toplayan rəqibi ilə qarşılaşmada mövqeyini qorumağa çalışacaq.

D Liqasının 3-cü qrupunda Yunanıstan və Sloveniya yığmaları pley-offa vəsiqənin taleyini öz aralarındakı oyunda həll edəcəklər. 4-cü qrupda isə Albaniya - Belarus matçı həlledici olacaq.

VI tur

A Liqası

1-ci qrup

23:45. Bosniya və Herseqovina - İtaliya

23:45. Polşa - Niderland

Xal durumu: İtaliya - 9, Niderland - 8, Polşa - 7, Bosniya və Herseqovina - 2.

2-ci qrup

23:45. İngiltərə - İslandiya

23:45. Belçika - Danimarka

Xal durumu: Belçika - 12, Danimarka - 10, İngiltərə - 7, İslandiya - 0.

B liqası

1-ci qrup

23:45. Şimali irlandiya - Rumıniya

23:45. Avstriya - Norveç

Xal durumu: Avstriya - 12, Norveç - 9, Rumıniya - 4, Şimali İrlandiya - 1

2-ci qrup

23:45. İsrail - Şotlandiya

23:45. Çexiya - Slovakiya

Xal durumu: Şotlandiya - 10, Çexiya - 9, İsrail - 5, Slovakiya - 4

3-cü qrup

23:45. Serbiya - Rusiya

23:45. Macarıstan - Türkiyə

Xal durumu: Rusiya - 8, Macarıstan - 8, Türkiyə - 6, Serbiya - 3

4-cü qrup

23:45. İrlandiya - Bolqarıstan

23:45. Uels - Finlandiya

Xal durumu: Uels - 13, Finaldniya - 12, İrlandiya - 2, Bolqarıstan - 1.

C Liqası

2-ci qrup

21:00. Ermənistan - Şimal Makedoniya

21:00. Gürcüstan - Estoniya

Xal durumu: Şimali Makedoniya - 9, Ermənistan - 8, Gürcüstan - 6, Estoniya - 2.

3-cü qrup

23:45. Kosovo - Moldovo

23:45. Yunanıstan- Sloveniya

Xal durumu: Sloveniya - 13, Yunanıstan - 12, Kosovo - 2, Moldova - 1.

4-cü qrup

19:00. Qazaxıstan - Litva

19:0. Albaniya - Belarus

Xal durumu: Belarus - 10, Albaniya - 8, Litva - 5, Qazaxıstan - 4.

Digər Xəbərlər
Xəbər Lenti