Millətlər Liqasında daha bir oyun təxirə salındı

18 Noyabr 2020 00:14 Dünya futbolu 389
Millətlər Liqasında daha bir oyun təxirə salındı

UEFA Millətlər Liqasında daha bir oyun ləğv edilib.

Sportinfo.az xəbər verir ki, qrup mərhələsinin 6-cı turunun bu günə nəzərdə tutulan İsveçrə – Ukrayna matçı baş tutmayıb.

Bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Görüşün ləğvinə koronavirus pandemiyasının səbəb olduğu diqqətə çatdırılıb. Məsələ burasındadır ki, Ukrayna millisinin 6 futbolçusunda yoluxma qeydə alınıb. Qarşılaşmanın taleyi ilə bağlı qərarı UEFA verəcək.

Ukrayna yığmasında koronavirus testi müsbət çıxan futbolçular Ruslan Malinovski, Sergey Krivtsov, Junior Moraes, Eduard Sobol, Yevgeni Makarenko və Dmitro Riznikdir. Onlardan başqa məşqçi İvan Baştovıda da koronavirus aşkarlanıb.

İki gün öncə Rumıniya – Norveç matçı da eyni səbəbdən təxirə salınmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı