“Bu, öz qərarımdır – indi bunu mənsiz edəcəklər”

15 Noyabr 2020 01:54 Dünya futbolu 430
“Bu, öz qərarımdır – indi bunu mənsiz edəcəklər”

İslandiya yığmasının baş məşqçisi Erik Hamren istefa verib.

Sportinfo.az xəbər verir ki, 63 yaşlı isveçli mütəxəssis bu qərarını AÇ-2020-yə vəsiqə şansını əldən vermələri ilə əlaqələndirib:

“Bu, mənim qərarımdır. Ümid edirəm ki, islandlar dünya çempionatına vəsiqə qazana biləcəklər. Amma bunu mənsiz edəcəklər”.

İslandiya yığması AÇ-2020-yə son dörd vəsiqə uğrunda pley-off oyununda Macarıstana 1:2 hesabıyla uduzub.

Erik Hamren 2018-ci ildən İslandiya yığmasına rəhbərlik edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!