Vitse-prezident istefa verdi - UEFA-da gözlənilməz ayrılıq

31 Oktyabr 2020 01:38 Dünya futbolu 419
Vitse-prezident istefa verdi - UEFA-da gözlənilməz ayrılıq

UEFA-nın vitse-prezidenti və qurumun İcraiyyə Komitəsinin üzvü Mikele Uva vəzifəsindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, italiyalı funksioner "Corriere dello Sport" nəşrinə açıqlamasında istefa verdiyini bildirib.

Uva qərarını bu cür izah edib: "Peşəkar bacarıqlarımı qiymətləndirmək və qazandığım təcrübəyə, gözləntilərimə uyğun karyeramı davam etdirmək şansımın olacağına inanıram. Birlikdə keçirdiyimiz dörd il üçün UEFA-nın prezidenti, həqiqi lider, həmkarım Aleksander Çeferinə təşəkkür edirəm".

2017-ci ilin aprelində UEFA İcraiyyə Komitəsinə üzv seçilən Mikele Uva sentyabrda isə vitse-prezident təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"