İrəvanın yeni hiyləsi: “Azərbaycandaxili vəziyyət...”

10 Avqust 2023 13:50 Dünya futbolu 1 197
İrəvanın yeni hiyləsi: “Azərbaycandaxili vəziyyət...”

Ermənistan mediası son günlər “Azərbaycandaxili vəziyyətlə bağlı analitik yazılar” dərc edirlər.

Bu “analtik yazılarda” Azərbaycandakı ən müxtəlif səbəbdən olan həbslər ciddi təhlil edilir, ölkədəki ictimai-siyasi vəziyyətin guya gərgin olduğu, insan haqları ilə bağlı problemlərin bu il ərzində daha da ciddiləşdiyi iddia olunur.

Bu təxribatçı “analizlərin” məqsədi aydındır. Bakı ilə Qarabağ ermənilərinin danışıqlarını əngəlləmək, guya Azərbaycandakı vəziyyətə görə ermənilərlə birgəyaşayış mümkün olmadığı haqda beynəlxalq rəy yaradılmasına çalışılır. Erməni saytlarının biri hətta Arif Yunusun bu cür “analitik yazısı”nı dərc edib. Xaricə sığınmış Arif Yunus Taleh Bağırzadənin həbsindən başlayaraq İran agentlər və son olaraq Qubad İbadoğlunun həbsinədək Azərbaycan hakimiyyətinin “antidemokratik idarəçiliyi” ilə izah etməyə cəhd edib. Ermənilər hazırda Niderlandda yaşayan bu milli kimliyini satmış adamın yazısını o səbəbdən yayımlayırlar ki, Azərbaycan haqda iftiralar guya daha inandırıcı olacaq. Bu, əslində illərdir Azərbaycan əleyhinə həm də Qərb mediasında aparılan qarayaxma kampaniyasının davamıdır və ermənilərin indi bu cür təxribatçı yazılara daha çox ehtiyacı var.

Ötən ilin yekunlarına əsasən, Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciətlərin sayına görə ilk onluğa daxil olub. 2022-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Ermənistana qarşı 31 ərizə üzrə 21 qərar çıxarıb və onların hamısında ən azı bir pozuntu aşkar edib. Qeyd olunur ki, azadlıq və təhlükəsizlik hüququ, ədalətli məhkəmə araşdırması hüququ, mülkiyyətin müdafiəsi hüququ da Ermənistanda vaxtaşırı pozulur. Erməni hüquq müdafiəçiləri də qeyd edir ki, ölkədə, həmişə olduğu kimi, insan hüquqlarının pozulması davam edir. Son vaxtlarda bir çox hay-küylü həbslər insan hüquqlarının pozulması ilə müşayiət olunur. ABŞ Dövlət Departamentinin Ermənistanda insan haqlarının vəziyyəti ilə bağlı son hesabatı deyilənlərin təsdiqidir. Hesabatda Ermənistanda insan haqlarının pozulması halları yer alıb. Dövlət Departamenti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıqları, pis həbsxana şəraitini, əsassız həbsləri və söz azadlığının məhdudlaşdırılması hallarını təqdim edib.

Azər Badamov: Qeyri-neft iqtisadiyyatımız bu çətin pandemiya dövründə də  artıb

Azər Badamov

Deputat Azər Badamov hesab edir ki, burada Ermənistanın ancaq bir niyyəti var, o da beynəlxalq ictimaiyyəti çaşdırmaqdır: “Ermənistan müxtəlif vasitələrə əl ataraq Azərbaycanın beynəlxalq arenadakı imicinə zərər vurmağa cəhd etməklə birgəyaşayışın mümkünsüzlüyü ilə bağlı yazıları dərc etməyə başlayıb. Belə ki, Laçın sərhəd-keçid məntəqəsinin yaradılması Ermənistanın çirkin niyyətlərini reallaşdırmasına davam etməsini dayandırmışdı. Döyüş meydanında acı məğlubiyyətə uğrayaraq kapitulyasiya sənədinə imza atmış Ermənistan təxribatlara əl ataraq Laçın yolu ilə bağlı böyük problemin olduğunu bildirərək beynəlxalq ictimaiyyəti çaşdırmağa başladı. 15 noyabrda Həkəri çayı üzərində tikilmiş körpüdə bayraq qaldıran Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına güllə açaraq bir hərbçiyə xəsarət yetirməsi və 29 iyuldan başlayaraq Laçın sərhəd postuna yaxınlaşan yolda humanitar yük adı altında siyasi manipulyasiyaya əl ataraq təxribatlara davam etməsi nəticəsiz qaldı. Ermənistanın cızdığı ssenarisi üzrə separatçıların Laçın sərhəd postuna yürüş planının Rusiya sülhməramlıları tərəfindən dəstəklənməməsi və belə məsələlərin öz vəzifələrinə daxil olmadığını bildirməsi ermənilərin bütün çirkin planlarını alt-üst etdi. İndi də Ermənistan mətbuatı Azərbaycanı daxili vəziyyətlə bağlı saxta analitik yazılar dərc etməklə Qarabağda yaşayan ermənilərin azərbaycanlılarla birgəyaşayışın mümkünsüz olduğunu təqdim etməyə çalışır. Birincisi, onu qeyd etmək istəyirəm ki, hansı erməni azərbaycanlılarla birgəyaşayışı mümkün hesab etmirsə, qapı açıqdır və ölkəmizin ərazisini tərk edib gedə bilər. Heç kimi ölkəmizdə yaşamağa məcbur etmirik. Qarabağda bir ovuc erməni yaşayır və Ermənistan onların Azərbaycanla birgəyaşayışını mümkünsüz hesab edirsə, onları aparsınlar öz ölkəsinə və onlar üçün yaxşı yaşayış şəraiti yaratsınlar. Azərbaycan 90-cı illərdə 1 milyondan çox qaçqın və məcburi köçkünü qəbul edib onlar üçün yaşayış şəraiti yaratdısa, Ermənistan 25-30 min erməni üçün şərait yarada bilməzmi? Təbii ki, bu, mümkündür və qoy kim Azərbaycanın tərkibində yaşaya bilməzsə çıxıb getsin və özləri üçün daha rahat, yeni bir yaşayış məkanı tapsın. Ermənistanın birgəyaşayışın mümkünsüzlüyü ssenarisi absurddur və bu, heç də qlobal problem deyil.

Deputat “sapı özümüzdən olan baltalara”da toxundu: “Ermənistan xaricdə yaşayan Arif Yunus kimi sapı özümüzdən olan baltaları pulla ələ alaraq Azərbaycanda insan haqlarının pozulması ilə bağlı özlərinin yaydıqları analitik yazılarını əsaslandırmağa çalışırlar. Amma Ermənistanın Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı məsələni qeyd edərək birgəyaşayışın mümkünsüzlüyünü gündəmə gətirməsi gülməlidir. Belə ki, Ermənistanın özü insan haqlarının pozulmasına görə dünyada ən çox adı hallanan ölkələrin arasındadır. Belə ki, 2022-ci ilin yekunlarına əsasən, Ermənistanın Avropa İnsan Haqları Məhkəməsinə müraciətlərin sayına görə ilk onluqda yer alması bu ölkədə bu müstəvidə vəziyyətin dözülməz olduğunun göstəricisidir. ABŞ Dövlət Departamentinin hesabatında Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıqları, pis həbsxana şəraitini, əsassız həbsləri və söz azadlığının məhdudlaşdırılması hallarını təqdim edib. Ermənistanda siyasi baxışlarına görə insanların həbs edilməsi adi hala çevrilib. Belə ki, Azərbaycanda insan haqlarının pozulması və söz azadlığının məhdudlaşdırılması ilə bağlı məsələni gündəmə gətirməyə Ermənistanın heç bir haqqı yoxdur”.

Təyyarə misalı... - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov ermənilərin reinteqrasiya prosesinə mane olmaq üçün bu cür yollara əl atdıqlarını qeyd etdi. Ekspert istənilən halda ehtiyatlı olmağın tərəfdarıdır: “Əslində bu, o qədər də təəccüblü deyil. Siyasətdə bu cür gedişlər adətən məqbul sayılır. Ermənistandan isə, bu cür oxşar, çirkin kampaniyalar əvvəllər də görmüşük. Ermənistanın Azərbaycanda antidemokratik mühitin hökm sürməsini iddia etməkdə və ciddi-cəhdlə bunu təsdiqləməyə çalışmaqda bir neçə məqsədi var. Birincisi, Ermənistan özünü demokratik ölkə kimi göstərsə də, orada təzyiqlər, siyasi təqiblər kifayət qədərdir. Odur ki, rəsmi İrəvan diqqəti öz üzərindən yayındırmağa, Azərbaycanda da oxşar vəziyyətin olduğunu göstərməyə çalışır. İkincisi, Ermənistan beynəlxalq ictimaiyyət arasında rəsmi Bakıya qarşı qınaq yaratmağa səy göstərir. Üçüncü məqam isə, məhz sizin dediyinizdir- Ermənistan hakimiyyəti reinteqrasiya prosesinə mane olmağa çalışır. Əslində bu da gözləniləndir. Rəsmi İrəvanın Qarabağdakı etnik ermənilərin Azərbaycana reinteqrasiyası məsələsi ilə bağlı mövqeyi aydındır. Doğrudur, Ermənistan bu cür cəhdlərlə reinteqrasiya prosesinin sürətinin azalmasına nail ola bilər. Amma prosesin qarşısını ala bilməz. Nəzərə almaq lazımdır ki, sözügedən məsələdə bizim tərəf müqabilimiz Ermənistan hərbi - siyasi hakimiyyəti və ya qondarma rejim yox, Qarabağdakı etnik ermənilərdir. O kəslər ki, ya vətəndaşlığımızı qəbul etməli, ya da torpaqlarımızdan çıxmalıdırlar. Bu mənada hansısa narahatlığa ehtiyac yoxdur. Amma beynəlxalq ictimaiyyətdə qıcıq yaratmamaqdan ötrü daha diqqətli və ehtiyatlı davranmaqda da fayda var”.

Digər Xəbərlər
Xəbər Lenti