Bu rüsvayçılıqdan sonra Ermənistana qayıtmadı, istefa verdi

14 Oktyabr 2020 10:38 Dünya futbolu 850
Bu rüsvayçılıqdan sonra Ermənistana qayıtmadı, istefa verdi

U-21 Avropa çempionatının seçmə mərhələsinin oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Ermənistan biabırçı hesabla uduzub.

Onlar səfərdə İsveçə 0:10 hesabı ilə məğlub olub. Bu matçdan sonra Ermənistanın baş məşqçisi Antonio Flores istefa verib.

İspaniyalı mütəxəssis Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Armen Melikbekyanla telefon söhbətindən sonra işinə son qoyub və İsveçdən birbaşa İspaniyaya yollanıb. Yeni baş məşqçinin adı yaxın vaxtlarda açıqlanacaq.

Hazırda Ermənistan 8 oyundan 3 xalla 1-ci qrupda Lüksemburqla birgə 5-6-cı yerdə gedir.

Digər Xəbərlər
Xəbər Lenti