Ya davam, ya tamam

13 Oktyabr 2020 18:34 Dünya futbolu 919
Ya davam, ya tamam

Bu gün UEFA Millətlər Liqasında IV tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə A, C və D Liqasında 7 qarşılaşma baş tutacaq.

Azərbaycan yığması C Liqasının 1-ci qrupunda Albaniyada Kiprlə qarşılaşacaq. Qrupun lideri Monteneqro isə Lüksemburqu qəbul edəcək.

A Liqasının 4-cü qrupunda Almaniya İsveçrəni, Ukrayna isə İspaniyanı qonaq edəcək. B Liqasında mübarizə aparan Türkiyə milli doğma meydanda Serbiyanı sınağa çəkəcək.

A liqası
4-cü qrup

22:45. Ukrayna – İspaniya
22:45. Almaniya – İsveçrə

Xal durumu: İspaniya - 7, Almaniya - 5, Ukrayna - 3, İsveçrə - 1

C liqası
1-ci qrup

20:00. Azərbaycan – Kipr
22:45. Monteneqro – Lüksemburq

Xal Durumu: Monteneqro - 9, Lüksemburq - 6, Azərbaycan - 3, Kipr - 0

D liqası
1-ci qrup

20:00. Latviya - Malta
22:45. Farer adaları – Andorra

Xal durumu: Farer adaları - 7, Latviya - 3, Malta - 2, Andorra - 2.

2-ci qrup
22:45. Lixtenşteyn – San Marino

Xal durumu: Cəbəllütariq - 6, Lixtenşteyn - 3, San Marino - 0.

Digər Xəbərlər
Xəbər Lenti