Belə də ucuzlaşma olar?

13 Oktyabr 2020 19:45 Dünya futbolu 711
Belə də ucuzlaşma olar?

2020-ci ildə transfer qiyməti ən çox aşağı düşən futbolçuların siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda ilk pillədə “Real”ın yarımmüdafiəçisi Eden Azardır.

Onun qiyməti nə az, nə çox, 60 milyon avro aşağı düşüb. Azarın əvvəlki transfer qiyməti 120 milyon avro idisə, hazırda 60 milyon avrodur.

İkinci pillədə “Barselona”nı n hücumçusu Lionel Messi yer alıb. Leonun dəyəri 40 milyon avro aşağı düşüb. İndi onun qiyməti cəmisi 100 milyon avrodur.

Üçüncü pillədə də “Barselona”lıdır. Antuan Qrizmanın da transfer dəyəri xeyli aşağı düşüb. O da 40 milyon avro ucuzlaşıb və hazırda transfer bazarında qiyməti 80 milyon avrodur.

PSJ-nin forvardı Neymarla “Mançester Siti”li Sterlinqin qiyməti 32 milyon avro aşağı düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!