Millimiz bu tarixlərdə meydana çıxacaq - DÇ-2022

24 Sentyabr 2020 23:40 Dünya futbolu 733
Millimiz bu tarixlərdə meydana çıxacaq - DÇ-2022

Bu gün Macarıstanın paytaxtı Budapeştdə UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarının tarixi ilə bağlı qərar qəbul edilib.

2021-ci ilin martında start veriləcək seçmə mərhələnin oyunlarına noyabrda yekun vurulacaq. Pley-off mərhələsinin oyunları isə 2022-ci ilin martında gerçəkləşəcək.

Yeni təqvimə əsasən komandalar mart, avqust və sentyabr pəncərəsində 3, oktyabr və noyabrda isə 2 oyun keçirəcəklər. Həmçinin pley-off oyunları üçün də 2 tarix nəzərdə tutulub.

Təqvim aşağıdakı kimidir:

1-ci tur – 24-25 mart

2-ci tur – 27-28 mart

3-cü tur – 30-31 mart

31 may - 8 iyun 2021 – AÇ-2020-yə hazırlıq oyunları

4-cü tur – 1-2 sentyabr

5-ci tur – 4-5 sentyabr

6-cı tur – 7-8 sentyabr

6-10 oktyabr Millərlər Liqasının final mərhələsi

7-ci tur – 8-9 oktyabr

8-ci tur – 11-12 oktyabr

9-cu tur – 11-13 noyabr

10-cu tur – 14-16 noyabr

21-29 mart 2022 – DÇ-nin Avropa zonası üçün pley-off oyunları - 2 oyun günü

Digər Xəbərlər
Xəbər Lenti