Məşhur futbolçu millidəki karyerasını başa vurdu – 32 yaşında

22 Sentyabr 11:20 Dünya futbolu 193
Məşhur futbolçu millidəki karyerasını başa vurdu – 32 yaşında

“Sevilya”nın futbolçusu İvan Rakitiç Xorvatiya millisindəki karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.

Rakitiç 2007-ci ildən dəvət olunduğu Xorvatiya yığmasının heyətində 106 matça çıxıb və 15 qol vurub. 32 yaşlı yarımmüdafiəçi milli komanda ilə 2018-ci il dünya çempionatının gümüş mükafatçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 17:52 “Sabah”da 15 oldu - FOTO
26 Oktyabr 16:28 Messi Ronaldonu istəyir