İbrahimoviç və Holand ən yaxşı transfer sırasında - SİYAHI

10 Avqust 2020 22:20 Dünya futbolu 611
İbrahimoviç və Holand ən yaxşı transfer sırasında - SİYAHI

"Top-5" liqalarda mövsümün ən yaxşı transferlərindən ibarət simvolik komanda açıqlanıb.

Sportinfo.az xəbər verir ki, məşhur "Whoscored" statistika portalının versiyasına əsasən, "11-lik"də "Milan"ın 39 yaşlı hücumçusu Zlatan İbrahimoviç də yer alıb.

Almaniya "Borussiya"sında (Dortmund) çıxış edən 20 yaşlı forvard Erlinq Holand da rəmzi komandaya düşüb.

2010 - 2012-ci illərdə də "Milan"da çıxış edən Zlatan İbrahimoviç bu ilin əvvəlində İtaliya təmsilçisinə qayıdıb. O, A Seriyasının 19 matçında iştirak edərək, 10 qol vurub və 5 məhsuldar ötürmə verib. Erlinq Holand da yanvarda Avstriya "Zaltsburq"undan "Borussiya"ya keçib.

Qapıçı: Yess Yoronen ("Breşiya")

Müdafiəçilər: Teo Hernandes ("Milan"), Kevin Mbabu ("Volfsburq"), Mats Hummels ("Borussiya" Dortmund), Qarri Maquayr ("Mançester Yunayted")

Yarımmüdafiəçilər: Teji Savanye ("Monpelye"), İdrissa Qeye (PSJ), Brunu Fernandeş ("Mançester Yunayted")

Hücumçular: Zlatan İbrahimoviç ("Milan"), Vissam Ben-Yedder ("Monako", Erlinq Holand ("Borussiya" Dortmund)

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”