"Qarabağ"ın rəqibi çempionata 6 qolla başladı

9 Avqust 2020 23:00 Dünya futbolu 874
"Qarabağ"ın rəqibi çempionata 6 qolla başladı

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a rəqib olacaq "Sileks" komandası Makedoniya liqasında ilk tur matçına çıxıb.

Kratovo təmsilçisi "Belasitsa"nın qonağı olub.

Görüş "Sileks"in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0. Qolların hamısı ikinci hissədə vurulub. İvan İvanovski 47-ci, Pepi Georgiyev 59-cu, Denis Ristov 70-ci və 84-cü, Stefan Curiç 88-ci və 90+2-ci dəqiqədə fərqlənib.

"Qarabağ" "Sileks"lə avqustun 18-də və ya 19-da Bakıda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti