Messiyə burada da yer olmadı

31 İyul 2020 13:12 Dünya futbolu 510
Messiyə burada da yer olmadı

"Planet Football" portalı 2019-20 mövsümü üzrə Avropanın top-5 liqalarında çıxış edən ən yaxşı driblinqçilərin reytinqini hazırlayıb.

Sportinfo.az xəbər verir ki, "Vulverhempton"un vinqeri Adama Traore oyun başına 6,3 uğurlu driblinq ortalaması ilə hamını qabaqlayıb.

PSJ-nn ulduzu Neymar (6,1) ikinci, "Nyukasl"ın oyunçusu Allan Sen-Maksimen (5,8) isə üçüncü olub. "Barselona"nın hücumçusu Lionel Messi (5,7) "ilk üçlük"dən kənar qalıb. Argentinalı futbolçu dördüncülüklə kifayətlənib.

"İlk onluq" belədir:

1. Adama Traore ("Vulverhempton") - oyun başına 6,3 uğurlu driblinq ortalaması

2. Neymar (PSJ) - 6,1

3. Allan Sen-Maksimen ("Nyukasl") - 5,84. Lionel Messi ("Barselona") - 5,7

5. Jeremi Boqa ("Sassuolo") - 4,7

6. Uilfrid Zaa ("Kristal Pelas") - 4,5

7. Mussa Cenepo ("Sauthempton") - 4,3

8. Yusif Attal ("Nitsa") - 4,2

9. Munir Şuyar ("Dijon") - 4,2

10. Eden Azar ("Real") - 4,1

Digər Xəbərlər
Xəbər Lenti