Bu, Ronaldonun işidir - XXI əsrin ən yaxşı "penalti kralı"

29 İyul 2020 12:02 Dünya futbolu 515
Bu, Ronaldonun işidir - XXI əsrin ən yaxşı "penalti kralı"

"Yuventus"un ulduzu Kriştianu Ronaldo penaltidən vurulan qolların sayına görə XXI əsrin ən sərrast oyunçusudur.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu 2000-ci ildən indiyədək 11 metrlik cərimə zərbəsindən 114 qol vurub.

İkinci pillədə İ"Barselona"nın kapitanı Lionel Messi və "Roma"nın əfsanəsi Françesko Totti yer alıb. Onların aktivində 75 dəqiq penalti zərbəsi var.

İlk "3-lüy"ü isə 64 qolla "Milan"ın isveçli forvardı Zlatan İbrahimoviç tamamlayır.

"Onluq"da sabiq "Çelsi"li Frenk Lempard (50), Fransa PSJ-sinin keçmiş hücumçusu Edinson Kavani (48), İngiltərənin "Liverpul" klubunun əfsanəsi Stiven Cerrard (46), eks-"Yuventus"lu Alessandro Del Pyero, braziliyalı ulduz Ronaldinyo (hər ikisi 44) və İngiltərənin "Mançester Siti" komandasının forvardı Serxio Aqüero (41) var.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”