Şanslılar və bəxtsizlər

28 İyul 2020 21:20 Dünya futbolu 626
Şanslılar və bəxtsizlər

UEFA Avropa çempionatları tarixində penaltilərlə bağlı statistikanı açıqlayıb.

Sportinfo.az xəbər verir ki, indiyədək turnirin final mərhələsində ümumilikdə 70 dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub.

Bunlardan 52-si (74 faiz) qolla nəticələnib, 13-də (19 faiz) qapıçılar inamlı oynayıb, 5 zərbə (9 faiz) isə qeyri-dəqiq alınıb.

Avropa çempionatlarında penaltidən ən çox qol vuran futbolçular

Alan Şirer (İngiltərə, AVRO-1996, AVRO-2000) - 2

Boqdan Stanku (Rumıniya, AVRO-2016) - 2

Frank Arnesen (Danimarka, AVRO-1984) - 2

Qaiska Mendyeta (İspaniya, AVRO-2000) - 2

Zinəddin Zidan (Fransa, AVRO-2000, AVRO-2004) - 2

Qapısına ən çox penalti təyin olunan qapıçılar

Fabian Bartez (Fransa, AVRO-2000, AVRO-2004) - 5 (3-ü qol olub, 1-i dəf edilib, 1-i qeyri-dəqiq alınıb)

Harald Şumaxer (Almaniya, AVRO-1980, AVRO-1984) - 3 (2-si qol olub, 1-i dəf edilib)

Uqo Lyoris (Fransa, AVRO-2012, AVRO-2016) - 3 (hər 3-ü qol olub)

Manuel Noyer (Almaniya, AVRO-2012, AVRO-2016) - 3 (hər 3-ü qol olub)

Ən yaxşı göstərici

Françesko Toldo (İtaliya, AVRO-2000) 2/2 (1-i dəf edilib, 1-i qeyri-dəqiq alınıb)

Ən çox penalti təyin olunan oyun

İspaniya - İngiltərə - 1:2 (AVRO-1980) - 2 (1-i qol olub, 1-i dəf edilib)

Eyni Avropa çempionatında təyin olunan ardıcıl penaltilər

Danimarka - Yuqoslaviya, Danimarka - Belçika (AVRO-1984)

Danimarkalıların heyətində hər 2 penaltini Frank Arnesen dəqiq yerinə yetirib.

Rumıniya - Fransa, Rumıniya - İsveçrə (AVRO-2016)

Rumıniyalıların heyətində hər 2 penaltini Boqdan Stanku dəqiq yerinə yetirib.

Penaltidən qol vuran ən gənc futbolçu

Tomas Brolin (İsveç, AVRO-1992) - 22 yaş 205 gün

Penaltidən qol vuran ən yaşlı futbolçu

İvitsa Vastiç (Avstriya, AVRO-2008) - 38 yaş 257 gün

Avropa çempionatları tarixində təyin olunmuş 70 penaltidən 55-i sağ ayaqla yerinə yetirilib ki, bunların da 40-ı dəqiq olub. 11 zərbəni qapıçılar zərərsizləşdirib. 4-ü isə "çərçivə"yə düşməyib.

15 penalti zərbəsi zamanı isə topa solaxay oyunçular yaxınlaşıb. Onlardan 12-si qolla nəticələndiyi halda 2-də qolkiperlər inamlı oynayıblar. 1 penalti isə qeyri-dəqiq alınıb.

Ən tez təyin olunan penaltilər

AVRO-2016: İrlandiya - Fransa (1:2) - 2-ci dəqiqə

AVRO-2008: Xorvatiya - Avstriya (1:0) - 4-cü dəqiqə

AVRO-2016: İngiltərə - İslandiya (2:1) - 5-ci dəqiqə

Ən çox penalti qazanan milli komandalar

İspaniya - 10

Niderland - 7

İngiltərə - 4

Fransa - 4

Çexiya - 4

Almaniya - 4

Rumıniya - 4

İtaliya - 4

Qapısına ən çox penalti təyin olunan yığmalar

Almaniya - 11

Fransa - 10

İngiltərə - 6

İtaliya - 5

Qrup mərhələsi

Təyin olunan penalti sayı - 46

Qol - 35

Dəf edilən - 9

Qeyri-dəqiq - 2

1/8 final

Təyin olunan penalti sayı - 3

Qol - 2

Dəf edilən - 1

1/4 final

Təyin olunan penalti sayı - 7

Qol - 5

Dəf edilən - 1

Qeyri-dəqiq - 1

Yarımfinal

Təyin olunan penalti sayı - 10

Qol - 6

Dəf edilən - 2

Qeyri-dəqiq - 2

3-cü yer uğrunda oyunlar

Təyin olunan penalti sayı - 2

Qol - 2

Final

Təyin olunan penalti sayı - 2

Qol - 2

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda