Tərtərdə daha bir nəfər minaya düşdü, ayağından xəsarət aldı

7 Oktyabr 2023 08:10 Hadisə 1 008
Tərtərdə daha bir nəfər minaya düşdü, ayağından xəsarət aldı

Oktyabrın 6-da saat 20:30 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Həsənlinin minaya düşməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən bildirilib ki,Z.Həsənli minaya düşməsi nəticəsində ayağından xəsarət alıb.

O, dərhal xəstəxanaya çatdırılıb.

Zaməddin Həsənov əvvəllər minalardan təmizlənməmiş ərazilərə qanunsuz səfər etdiyinə görə məsuliyyətə cəlb edilib. Onun barəsində müvafiq qaydada protokol tərtib edilib.

Araşdırma aparılır.

Onu da xatırladaq ki, eyni zamanda Tərtərin Həsənqaya kənd sakini, 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.

Digər Xəbərlər
Xəbər Lenti