"Azərbaycanla oyunda mənə dəvət göndərsə, qəbul edəcəm"

13 İyul 2020 12:58 Dünya futbolu 702
"Azərbaycanla oyunda mənə dəvət göndərsə, qəbul edəcəm"

Lüksemburq yığmasının futbolçusu Daniel da Mota Azərbaycan millisi ilə görüşdə komandanın heyətində 100-cü matçına çıxa bilər.

Sportinfo.az xəbər verir ki, FIFA-nın rəsmi saytına açıqlama verən 35 yaşlı hücumçu Millətlər Liqasının oyunları üçün dəvət gözlədiyini söyləyib.

Ölkəsinin "Rasinq" klubunda çıxış edən forvard yığma komandada Mario Mutşa məxsus 102 oyunluq rekordu qırmaq niyyətində olduğunu bildirib. "Millətlər Liqasında Azərbaycan və Monteneqro ilə görüş üçün baş məşqçi mənə dəvət göndərsə, qəbul edəcəm".

Azərbaycan millisi Millətlər Liqasının C Liqasının 1-ci qrupunda ilk oyununu Bakıda Lüksemburqa qarşı keçirəcək. Qrupda Monteneqro və Kipr komandaları da var.

Digər Xəbərlər
Xəbər Lenti